Məzmuna keç

“Zeytun Pharmaceuticals”ə cərimə yazıldı

"Zeytun Pharmaceuticals" MMC-yə cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 452.2-ci (aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satılması) maddəsi ilə protokol tərtib olunub.

İşə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Zeytun Pharmaceuticals" üç yüz əlli məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə