Məzmuna keç

“Gəncə Dəyirman” barədə inzibati protokol tərtib olundu

"Gəncə Dəyirman" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Gəncə Dəyirman" dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Şəbnəm Mehdizadə