Məzmuna keç

Gömrük Komitəsi “Qafqaz Konserv Zavodu”na cərimə yazdı

"Qafqaz Konserv Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2 (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib. İş hakim Sərxan Səmədzadənin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Qafqaz Konserv Zavodu" min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə