İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "Mingəçevir Tikinti" MMC idarəyə qarşı vergi məsələləri üzrə tələb irəli sürüb.
İddia Gəncə İnzibati Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
