Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Asif Axundovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, A.Axundzadə İran vətəndaşı ilə qabaqcadan əlbir olaraq külli miqdarda marixuana, heroin və metamfetamini qanunsuz olaraq əldə etmək və daşımaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
