Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən Elşən Xankişiyev və Rövşən Famillinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Hakim Ramiz Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Xırdalan şəhər sakinləri Elşən Xankişiyev və Rövşən Familli müxtəlif vaxtlarda şəhər ərazisində 4 yük avtomobilindən 6 ədəd akkumulyator oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
