Məzmuna keç

“Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır”

"Birinci instansiya məhkəmələrində baxılmış mülki işlərin əksəriyyətində məhkəmələrdə tərəflər razılaşır".

E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şürasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, birinci instansiya məhkəməsində baxılan işlərin 85 faizindən apellyasiya şikayəti verilmir: "Qalan işlərdə isə apellyasiya şikayəti verilir. Birinci instansiya məhkəmələrdə baxılmış işlərin 3-4 faizindən isə kassasiya şikayəti verilir. Kassasiya məhkəmələrində isə həmin işlərlə bağlı qərarların 1 faizi ləğv edilir".