Məzmuna keç

“Akabe” 10 min manatadək cərimələnə bilər

"Akabe" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Akabe" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Şəbnəm Mehdizadə