Xaçmazda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə təqsirləndirilən Kamal Qəribovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb. Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254 kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa, həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb. K.Qəribova qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
