Məzmuna keç

“Sirab” cərimə oluna bilər

Babək “Sirab” ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi göndərilib. İş hakim Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, “Sirab” min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə