Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Hevad Əsədziya, Feyzi Əbdülbasid və Həbibi Mutyullahın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Astara Rayon Məhkəməsinə göndərilib.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
