Saatlıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Əli Mirilinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Oruc Cəlilovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əli Mirili aralarında yaranmış mübahisə zamanı arvadı 2004-cü il təvəllüdlü Əminə Əmirovaya bıçaqla xəsarət yetirib və həmin vaxt mübahisəyə müdaxilə etmək istəyən qayınatası Kamal Əmirova da bıçaqla xəsarətlər yetirərək sonuncunu öldürməyə cəhd edib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
