Məzmuna keç

Hacıqabulda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Hacıqabulda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Sahəddin Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 61 yaşlı Sahəddin Tağıyev aralarında yaranmış münaqişə zəminində həmyerlisi, 62 yaşlı Əli Məmmədovu döyüb və bıçaqlayıb. Qarın və üz nahiyəsindən bıçaq xəsarəti alan Əli Məmmədov xəstəxanaya yerləşdirilib. Sahəddin Tağıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə