Məzmuna keç

“Doğtaş” 20 min manatadək cərimələnə bilər

"Doğtaş" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib.

Protokol təsdiq olunarsa bank "Doğtaş" on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə