Məzmuna keç

Şəmkirdə tanışını bıçaqlamaqda ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Şəmkirdə tanışını bıçaqlamaqda ittiham olunan Teymur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü, Şəmkir rayonu, Keçili kənd sakini Teymur Orucov aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı tanışı, 2000-ci il təvəllüdlü Natiq Bədəlova bıçaqla bir neçə dəfə vuraraq bədən xəsarəti yetirib. T.orucova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə