Məzmuna keç

Bakıda anasını döyərək ağır xəsarət yetirən şəxsin məhkəməsi başlayır

Bakıda anasını döyərək ağır bədən xəsarəti yetirməkdə təqsirləndirilən Rafiq Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Rafiq Mustafayev anası, 1957-ci il təvəllüdlü A.Mustafayevanı yaşadığı evdə ağac budağı ilə döyüb. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub. R.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə