"Azsığorta" ASC "Yasamal-2" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti və "Azərsu" ASC-ni məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən "Azsığorta" müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı iddia qaldırıb.
iddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
