Məzmuna keç

“Naxçıvanbank” bu şirkəti məhkəməyə verdi

"Naxçıvanbank" ASC "VIP Garage Service" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, bank şirkətə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə