Məzmuna keç

Arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tərtərdə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Sahib Əlizadənin cinayət işi üzrə ibtiai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 1-nə təyin olunub.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Sahib Əlizadə aralarında yaranmış mübahisə zamanı arvadı 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovaya kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşıCinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə