Astarada tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Astara rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
