"Azfinance And Consulting" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Azfinance And Consulting" səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
