“Azərbaycan Beynəlxalq Bankı” ASC “Yanğın.az” MMC-ni məhkəməyə verib.
E-huquq.az xəbər verir ki, bank şirkətə qarşı kredit müqaviləsi ilə bağlı tələb irəli sürüb.
İddia Sumqayıt Kommersiya Məhkəməsində hakim Zülfüqar Sadiqovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
