Məzmuna keç

Gəncədə şokolad fabriki yanğın təhlükəsizliyi qaydalarını pozmaqda günahlandırılır

“Jardin Royal” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Gəncə Şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, “Jardin Royal” üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə