Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, Agentlik barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü ( İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib, iş hakim Rəşad Cavadzadənin icraatına verilib.
Qeyd edək ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə
