Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xaqani Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.
Hakim Elsun Əhmədovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xaqani Qasımova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi iləittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
