Bakıda adam bıçaqlamaqda ittiham olunan Novruz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Anar Sadıqovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, N.Məmmədov 1999-cu il təvəllüdlü Seyidov Mirtofiq Mirsabahəddin oğlunu yaşadığı evinin qarşısında bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
