Məzmuna keç

Bakıda evə basqın edən şəxsin məhkəməsi başlayır

Bakıda evə basqın etməkdə təqsirləndirilən Ruslan Salmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq icıasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Əvvəllər də oğurluğa görə məhkum olunmuş Yevlax rayon sakini Ruslan Salmanov S.Məmmədovanın kirayə yaşadığı mənzilə daxil olaraq qadının qışqırmaması üçün ağzını tutub, 100 manat pul və təqaüd kartını oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə