Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəməyə verilib.
E-huquq.az xəbər verir ki, “Azsığorta” ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək nümayəndəliyə qarşı iddia qaldırıb. İddianın mahiyyəti açıqlanmayıb.
İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
