Gəncədə evdən oğurluq etməkdə təqsirləndirilən Zorxan Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş şəhər sakini Zorxan Rzayev fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 39.000 manat nağd pul, ümumi dəyəri 10.000 manat olan müxtəlif məişət əşyaları və 5500 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
