Məzmuna keç

“Lerik Broyler” atmosfer havasına zərərli maddələrin atılmasına görə məhkəməlik oldu

“Lerik Broyler” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətallar Məcəlləsinin 234.0.1-ci (müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilib, iş hakim Atabəy Kiçibəyovun icraatına verilib.

Protokol təsdiq olunarsa, “Lerik Broyler” yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə