Məzmuna keç

Bakıda 8 yaşlı oğlanın ölümündə təqsirləndirilən avtobus sürücüsünün istintaqı başa çatdı

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 2015-ci il təvəllüdlü Famil Quluzadəni vurub. Baş nahiyəsindən ağır xəsarət alan 8 yaşlı oğlan hadisə yerində vəfat edib. Hadisəni törədən avtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Anar Hüseynov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə