Məzmuna keç

“Zeta Clothing” cərimələnə bilər

“Zeta Clothing” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (anunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib.

Protokol təsdiq olunarsa, “Zeta Clothing” dörd min manatdan altı min manatadək cərimələnə bilər.

Şəbnəm Mehdizadə