Məzmuna keç

Xarici şirkətin Azərbaycandakı filialı məhkəməyə verildi

"Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Sun Food" MMC Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək şirkkətə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı iddia qaldırıb.

İddia hakim Kənan Vəliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə