Məzmuna keç

Yevlaxda narkotiklə tutulan şəxsin məhkəməsi başlayır

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağadur Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 7-də hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb. Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. A.Rəhimova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə