Məzmuna keç

Ləğv prosesində olan bank iki şirkəti məhkəməyə verdi

Ləğv prosesində olan "NBCBank" "O.Ş-İnşaat" MMC və "İnter DBK" MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, bank şirkətlərə qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 18-də keçiriləcək.

Şəbnəm Mehdizadə