Bakıda qonşusuna balta ilə xəsarət yetirməkdə təqsirləndirilən Zəmanət İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Məhəmmədi qəsəbəsində baş verib. 48 yaşlı Z.İsmayılov balta ilə qonşusu 46 yaşlı N.Məmmədzadənin başına bir neçə zərbə endirib. Buna səbəb isə qonşular arasında telefon danışığı zamanı N.Məmmədzadənin Z.İsmayılovu söyməsi olub. Z.İsmayılova qarşı Cinayət Məcəlləsinin 1280ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
