“Xəzər Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.
Qeyd edək ki, İXM-nin 271-ci maddəsinə əsasən, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
