Məzmuna keç

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nə cərimə yazıldı

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" Publik Hüquqi Şəxsinə cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, agentlik barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə