Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tofiq İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılıaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İsgəndərov Tofiq Xeyrəddin oğlu idarə etdiyi “Ford Transit” markalı minik avtomobillə hərəkətdə olarkən piyada Quliyeva Almagül Cəmaləddin qızını vurub. Qadın bədən xəsarətlərindən müalicə aldığı klinikada ölüb. T.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci madəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
