"Naftalan Müalicə və Sağlamlıq Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin olunub.
Protokol təsdiq olunarsa, "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
