"Guangzhou Təbabəti" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatına verilib.
Protokol təsdiq olunarsa, "Guangzhou Təbabəti" on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
