Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rəşad Mustafayevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, hadisə rayonun Kür Qəsəbəsində qeydə alınıb. Elvin Hüseynov idarə etdiyi BMW markalı avtomobillə Ramiz Qəhrəmanovun idarə etdiyi VAZ markalı avtomobil toqquşub. Nəticədə 1984-cü il təvəllüdlü R.Qəhrəmanov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. E.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
