Məzmuna keç

Narkokuryerlikdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xaçmazda narkokuryerlik etməkdə təqsirləndirilən Nurlan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Hakim Sərxan Səmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Xaçmaz rayon sakini Nurlan Məmmədov polis tərəfindən saxlanılıb. Onun üzərindən bükülülərdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.2-ci ( Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə