Ağdaşda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirlən Rəmzi Soltanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası senyabrın 12-ə təyin olunub.
Qeyd edək ki, Ağdaş şəhər sakini Rəmzi Soltanovun yaşadığı ünvanda çətənə kolları əkib-becərməsi barədə Ağdaş Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb və evinin həyətyanı sahəsinə baxış keçirilərkən oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik tərkibli bitkiləri aprel ayının əvvəlində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
