Məzmuna keç

Sərxoş vəziyyətdə mağaza yandıran qohumların məhkəməsi başlayır

Cəlilabadda ərzaq mağazasını yandırmaqda təqsirləndirilən Murad Əmraslanov və Dadaş Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

İş hakim Qalib Paşayevin icraatına veriilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə