Bakıda evdən oğurluq etməkdə təqsirləndirilən Taleh Zairovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Taleh Zairov Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
