Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Sovqat Hüseynovun cinayət işi üzrə ibtidai istintaq baş açatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Nigar İmanovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Hüseynov Sovqat Məmməd oğlu idarə etdiyi “Ford" markalı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən Balaxanı-Binəqədi yolu istiqamətində hərəkətdə olan zaman 1963-cü il təvəllüdlü Balayev Alik Rafiq oğlunun idarə etdiyi, dövlət qeydiyyat nişanı olmayan mopedlə toqquşub. A.Balayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. S.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
