Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tərlan Xasməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Oruc Cəlilovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılan zaman onun üzərindən və sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib. İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
