Məzmuna keç

“Azərsu” su obyektlərinin mühafizəsi qaydalarını pozmaqda günahlandırılır

Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına görə "Azərsu" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barədə İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə