Məzmuna keç

“Shazeli Group” 25 min manatadək cərimələnə bilər

"Shazeli Group" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulması və ya bunlardan istifadə edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Günel Səmədovanın icraatına verilib.

Protokol təsdiq olunarsa, "Shazeli Group" iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə